Şəfəqə Doğru » Gündəm » Azərbaycanda yeni avtomobil zavodu tikilir

Azərbaycanda yeni avtomobil zavodu tikilir

Azərbaycanda yeni avtomobil zavodu tikilir

Hacıqabul sənaye zonasında avtomobil zavodu tikiləcək.

Shafaqadogru.com  Trend-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya şirkətinin icraçı direktoru Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, bu istiqamətdə xarici investorlarla artıq danışıqlar aparılır.

İcraçı direktor bildirib ki, zavodda yüngül, eləcə də, yük avtomobillərinin yığılması planlaşdırılır.

Qeyd edək ki, bu ilin ilk rübündə Neftçala sənaye zonasında avtomobil zavodu açılacaq. Avtomobil zavodunun İranın "İran Khodro" və Azərbaycanın "Azeurocar" şirkətləri arasında bağlanan müqavilə əsasında tikildiyi barədə rəsmi məlumat yayılmışdı. İran Prezidenti Həsən Ruhaninin bu ilin ilk yarısında ölkəmizə səfəri zamanı sözügedən avtomobil zavodunu ziyarət edəcəyi də gözlənilir.