Türkiyədən Liviyaya yola düşən 3 azərbaycanlı dənizçidən hələ də xəbər yoxdur. Dənizçilər gəmidə texniki nasazlıq olduğunu desə də, şirkət onların ailələrinə, eləcə də mətbuata başqa açıqlama verir.
Türkiyənin "Gebze” şirkətinə məxsus gəmidə itkin düşən dənizçilərdən biri Fərid Əliyevin anası oğlunun taleyindən narahatdır. Svetlana Əliyeva, oğlu barədə məlumatları yalnız ANS-in efirindən öyrənə bildiyini deyib. 15 ildir dənizçi olan Fərid dolanışığını yaxşılaşdırmaq üçün bu ilin yanvar ayında Türkiyəyə yollanıb. Anasının sozlərinə görə, oğlu son dəfə qardaşı ilə bu ilin 21 fevral tarixində əlaqə saxlayıb və bildirib ki, İstanbulun Tuzla sahilindən Liviyayanın Tripoli şəhərinə gedir.
Orta ölçülü gəmidə olan 4 nəfərdən 3-ü isə azərbaycanlıdır. Fərid Əliyevin qardaşı ilə son danışığı zamanı səfərlərinin 3 gün sürəcəyini deyib. Bu ailənin Fəridlə son danışı olub və hazırda həmin əlaqədən 2 həfədən çox vaxt keçməsinə baxmayaraq ondan bir xəbər yoxdur.
Gəminin aid oldugu Gebze gəmicilik şirkətinin rəhbəriliyi isə itkin düşən gəmi ve heyətinin Liviyada deyil Yunanıstan sahillərinde olduğunu açıqlayıb. Azərbaycanın İstanbuldakı baş konsulluğu hazırda məsələ ilə məşğul olur. Konsulluqdan ANS-in Türkiyə bürosuna verilən məlumata gorə yaxın saatlarda həmvətənlərimizlə bağlı bütün qanarnlıq məqamlara və onların taleyinə aydınlıq gətiriləcək.
Fevralın 20-də Türkiyədən Liviyaya yola çıxan "Kalkanlar-1” gəmisinin ekipaj üzvləri 3 gündən sonra İstinbula geri donməli imiş. Amma indi nə gəmidən, nə də heyət üzvlərindən heç bir məlumat yoxdur.