Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Xorvatiyaya rəsmi səfərə gedib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, prezidentlə xanımı Əminə Ərdoğanı Prezident Sarayında ölkənin dövlət başçısı, xanım Kolinda Qrabar- Kitaroviç və həyat yoldaşı Jakov Kitaroviç qarşılayıb.
Əsgərləri xorvatca "Pozdrav vojnici” ("Salam, əsgər”) deyə salamlamalı olan Türkiyə lideri son anda cibindəki kağızı çıxarıb baxıb, daha sonra salamlaşıb.