Şəfəqə Doğru » Gündəm » Qazaxda avtomobil piyadanı vurdu-Yeniyetmə xilas edilə bilmədi

Qazaxda avtomobil piyadanı vurdu-Yeniyetmə xilas edilə bilmədi

Qazaxda avtomobil piyadanı vurdu-Yeniyetmə xilas  edilə bilmədi

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Qazax rayonu birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Kənd sakini 2002-ci il təvəllüdlü Vəliyev Məmməd Rövşən oğlu yolu keçən zaman avtomobil onu vurub. M. Vəliyeva tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


Məlumata görə, qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən qaçıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.