Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölənlərdən 25 nəfərin meyiti tanınıb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, onlardan 13-ü uşaqlardı.
Rusiya səhiyyə naziri Veronika Skvortsovanın sözlərinə görə, hazırda xəsarət alanların sayı 60 nəfər təşkil edir, onlardan 15-in müalicəsi xəstəxanalarda davam etdirilir.