Şəfəqə Doğru » Gündəm » Türkiyədən qara xəbər: 5 şəhid, 7 yaralı

Türkiyədən qara xəbər: 5 şəhid, 7 yaralı

Türkiyədən qara xəbər: 5 şəhid, 7 yaralı
Türkiyənin Siirt şəhərinin Eruh mahalında Ormanardı hərbi bazası ərazisində PKK terrorçuları türk əsgərinə hücum edib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, terrorçuların qəfil hücumu zamanı 5 əsgər şəhid olub, daha 7-si yaralanıb.

Qeyd edək ki, ötən gün Diyarbəkirdə də terrorçular türk əsgərinə hücum etmişdilər. Nəticədə 6 hərbçi yaralanmışdı.