Şəfəqə Doğru » Gündəm » ABŞ Suriyanın paytaxtını bombaladı,əməliyyata İngiltərə və Fransa da qoşuldu

ABŞ Suriyanın paytaxtını bombaladı,əməliyyata İngiltərə və Fransa da qoşuldu

ABŞ Suriyanın paytaxtını bombaladı,əməliyyata İngiltərə və Fransa da qoşuldu

Donald Trampın Suriya ilə bağlı "vur" əmrindən sonra ABŞ hərbi qüvvələri Suriyaya raket zərbələri endirməyə başlayıb. 

Bu barədə "Reuters" agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, Dəməşqdə elmi araşdırmalar mərkəzi partladılıb. Dəməşq şəhərində ard-arda 6 partlayış səsi eşidilib. Hazırda Bərzadakı elmi araşdırmalar mərkəzindən tüstü havaya qalxır. 

Bundan başqa, 4-cü briqada milis qüvvələri mərkəzi ABŞ hərbi gəmilərindən atılan "Tomahawk" raketləri ilə vurulub.

***

Son məlumatlara əsasən, Dəməşq şəhərindəki hava limanı da raketlərlə vurulub. ABŞ-ın hücumuna Suriya havadan müdafiə sistemi cavab verib.

ABŞ əməliyyatların uzunmüddətli olacağını açıqlayıb.

***

İngiltərə Müdafiə Nazirliyi Suriyadakı əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, hazırki əməliyyata İngiltərənin 4 "Tornado” təyyarəsi qatılıb.

Fransa da əməliyyatlara dəstək verdiyini bildirib. 

***

Bombardman Bərza bolgəsində elmi araşdırmalar mərkəzi, Qaysun dağlarında Respublika Mühafizəçiləri mərkəzi, Mezzeh hərbi hava limanı, Damir hərbi hava limanı, Alkasva bölgəsi və paytaxt Dəməşqdəki bəzi mərkəzləri əhatə edir.

***

Paytaxtın ətrafı havadan bombardman edilir. Dəməşqdə yerləşən 81-ci və 21-ci batalyonun havadan müdafiə qüvvələri ABŞ-ın hücumuna qarşılıq verir.

ABŞ-ın Baş Qərargah rəisi vurulan hədəflərin Dəməşqdə kimyəvi silah araşdırma mərkəzi və Xümsdə kimyəvi silah anbarı olduğunu açıqlayıb.

ABŞ hava əməliyyatının bugünlük başa çatdığını bildirib.