Şəfəqə Doğru » Gündəm » XƏRÇƏNGİN DƏRMANI TAPILDI

XƏRÇƏNGİN DƏRMANI TAPILDI

XƏRÇƏNGİN DƏRMANI TAPILDI

Sən demə, xərçəng hüceyrələrinin məhvi üçün S vitaminindən böyük miqdarda istifadə kifayət edir.

Amerikalı alimlərin siçanlar üzərində apardığı təcrübənin heyrətamiz nəticələri belə deməyə əsas verir. Con Hopkins Universitetinin mütəxəssisləri xəstə siçanları böyük miqdarda S vitamini ilə müalicə edib. 200 portağaldan əldə olunmuş turşu xərçəng şişlərindən qurtulmağa kömək edib. Bəzi siçanlarda şişlər balacalaşıb, digərlərində isə tamamilə itib.

Mütəxəssislərin sözlərinə görə, askorbin turşusu şişlərin ətrafında maye halında olan böyük miqdarda hidrogen perekisi yaradaraq xərçəng hüceyrələrini məhv edir. Hidrogen perekisi hüceyrəni qlükoza və şəkərlə qidalandıran GLUT-1 xüsusi fermentinin işini sarsıdır və nəticədə xərçəng hüceyrələri "acından ölür”.

Alimlərin sözlərinə görə, S vitamini mutasiyaya məruz qalmış və həta kimyaterapiya zamanı da əriməyən ən dözümlü xərçəng hüceyrələrini belə məhv etməyə və şişlərin inkişafını ləngitməyə qadirdir.