Sərkisyanın partiyası təcili toplandı – Kritik seçki başlayır
- Tarix: 01-may-2018, 14:09 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 429
espublika Partiyası səhər 09:30-da təcili iclas keçirib.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, iclasda partiyanın baş nazir seçkisində tutacağı mövqe müzakirə edilir. Hələlik partiyanın kimə səs verəcəyi bəlli deyil.
Qeyd edək ki, Paşinyan bundan öncə Serj Sərkisyanın öz partiyasını ötən gecə yığaraq, baş nazir seçkisinə mane olmaları haqqında tapşırıq verdiyi məlumatını yayıb.
Ermənistan parlamentində baş nazir seçkisi saat 11:00-da başlayacaq. Baş nazirliyə yeganə namizəd müxalif lider Nikol Paşinyandır. O, parlamentdə təmsil olunan 4 fraksiyadan 3-nün dəstəyini alıb. Çıxış Blokunun (Paşinyanın öz fraksiyası, 9 mandatı var) namizədi olan Paşinyana Çarukyan Bloku (31 mandat) və Daşnaksütyun (7 mandat) dəstək verir. Paşinyana isə baş nazir olması üçün 53 səs lazımdır və onun 6 səsi çatmır.

Oxşar xəbərlər