Şəfəqə Doğru » Gündəm » Tramp: Ən sərt sanksiyalarla İranı məcbur edəcəyik

Tramp: Ən sərt sanksiyalarla İranı məcbur edəcəyik

Tramp: Ən sərt sanksiyalarla İranı məcbur edəcəyik
İranla yaxşı razılaşma imzalamağa çalışırıq.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
"İranla nüvə razılaşması İranın əlinə nüvə silahının düşməsi imkanlarının qarşısını ala bilmədi. Nəticədə Yaxın Şərqdə pulu olan digər ölkələr nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayacaqdılar. Bu fəlakətə gətirib çıxaracaqdı. Vaşinqton İrana qarşı ən sərt sanksiyaları tətbiq edəcək. Ümid edirəm ki, yaxınlarda daha yaxşı müqavilə imzalaya biləcəyik. Biz onlara nüvə silahına sahib olmaq imkanı verə bilmərik”, – deyə o bildirib.