Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin iki əməkdaşının rüşvət aldıqlarına görə işdən çıxarıb.
Shafaqadogru.com Elchi.az-a istinadən bildirir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub.
Bundan sonra nazir Sahil Babayev də hər iki əməkdaşı vəzifədən uzaqlaşdırıb.
Məlumatı verən mənbə "As İnşaat-N” MMC-nin yüksəkvəzifəli şəxsə bağlı olduğunu deyib.