Şəfəqə Doğru » Gündəm » Davudoğlunun postuna namizədlərin adları açıqlandı

Davudoğlunun postuna namizədlərin adları açıqlandı

Davudoğlunun postuna namizədlərin adları açıqlandı

Türkiyənin hakim partiyası - Ədalət və İnkişaf Partiyasının (AKP) Partiyasının sədri postuna namizədlərin adları açıqlanıb

 


Shafaqadogru.com  bu barədə Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Namizədlər sırasında Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Energetika və təbii sərvətlər naziri Berat Albayrak və hakim partiyadan Numan Kurtulmuş ilə Mehmet Əli Şahin var.

Daha öncə partiyanın mayın ortalarında növbədənkənar qurultayının keçiriləcəyi və partiyanın hazırkı sədri, baş nazir Əhməd Davudoğlunun növbəti dəfə namizədliyini irəli sürməyəcəyi barədə xəbər verilmişdi.