Şəfəqə Doğru » Gündəm » Gəncənin yeni icra başçısı kollektivə təqdim olundu

Gəncənin yeni icra başçısı kollektivə təqdim olundu

Gəncənin yeni icra başçısı kollektivə təqdim olundu

Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov bu gün kollektivə təqdim edilib.

Shafaqadogru.com  xəbər verir ki, yeni başçını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Qeyd edək ki, ötən gün İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və yerinə Niyazi Müzəffər oğlu Bayramov təyin edilib. N.Bayramov bu təyinatadək Mingəçevirin icra başçısı olub.