Şəfəqə Doğru » Gündəm » PREZİDENT ŞƏXSİ ƏŞYALARINI TOPLADI – SARAYI TƏRK ETDİ

PREZİDENT ŞƏXSİ ƏŞYALARINI TOPLADI – SARAYI TƏRK ETDİ

PREZİDENT ŞƏXSİ ƏŞYALARINI TOPLADI – SARAYI TƏRK ETDİ

Braziliya prezidenti Dilma Rousseff impiçmentlə bağlı səsvermənin nəticəsini gözləmədən şəxsi əşyalarını prezident sarayından çıxarıb.

Shafaqadogru.com xarici KİV-ə istinadən xəbər verir ki, artıq ona aid müxtəlif fotolar, bəzək əşyaları prezident sarayından Rousseffin şəxsi iqamətgahına köçürülüb.

Qeyd edək ki, Senat artıq 12 saatdır ki, Rousseffin 180 günlük vəzifəsindən azad edilməsini müzakirə edir. Hələ ki, çıxış edən 35 senatordan 28-i impiçment leyhinə səs verir. Prezidentin impiçmenti üçün parlamentin yuxarı palatasının 41 üzvünün səsi lazımdır.