Shafaqadogru.com xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
 
"Bakı-Sumqayıt dairəvi yolunda bir tərəfə yolun uzunluğu 42 km, əks istiqamətdə isə 47 km-dir. Dairəvi yolda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada 7 cüt qatar işləyəcək. Onların sayı arta-azala bilər. Bakıdan Sumqayıta qədər yeraltı-yerüstü keçidlərin sayı 20-yə yaxındır” deyə QSC sədri bildirib.