PKK terror təşkilatının düşərgələrində yaşanan olaylar, təzyiq və zülmlər qruplaşma arasında xaosa səbəb olub.
Shafaqadogru.com xəbər verir ki, bu barədə türk hərbçilərinə təslim olan S.F adlı terrorçu danışıb.
O bildirib ki, bir qadın terrorçu təşkilat komandirlərinin təzyiqinə dözə bilməyərək silahı sinəsinə dayayıb və atəş açaraq özünü öldürüb:
"Qruplaşma daxilində intiharlar artır. Bir çoxları psixoloji problemlər səbəbindən özünəqəsd yolunu seçir".