Şəfəqə Doğru » Gündəm » Dövlət sərhədində növbəti monitorinq keçiriləcək - Qazax rayonu istiqamətində

Dövlət sərhədində növbəti monitorinq keçiriləcək - Qazax rayonu istiqamətində

Dövlət sərhədində növbəti monitorinq keçiriləcək - Qazax rayonu istiqamətində

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.