Şəfəqə Doğru » Gündəm » ABŞ səfirinin gedərayaq verdiyi "torpaqları qaytarın" açıqlaması:Paşinyan mesajı aldı - İRƏVANDA TƏŞVİŞ

ABŞ səfirinin gedərayaq verdiyi "torpaqları qaytarın" açıqlaması:Paşinyan mesajı aldı - İRƏVANDA TƏŞVİŞ

ABŞ səfirinin gedərayaq verdiyi "torpaqları qaytarın" açıqlaması:Paşinyan mesajı aldı - İRƏVANDA TƏŞVİŞ

"Erməni tərəfi Qarabağ münaqişəsinin həlliylə bağlı mövqeyini aydın şəkildə ifadə edib". Cebhe.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın bu ölkədəki səfiri Riçard Millzin Qarabağla bağlı dünən verdiyi gözlənilməz açıqlamaya münasibətində deyib.

"Getməkdə olan səfirin bəyanatını gedərayaqda verilən mesaj adlandırmaq olar",- deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, Riçard Millz Qarabağ münaqişəsinin həllinin ancaq Azərbaycanın işğal edilən torpaqlarının müəyyən hissəsinin qaytarılmasından keçdiyini bildirmişdi. Səfirin "EVNReport" portalna müsahibəsində səsləndirdiyi fikirlər işğal faktının açıq şəkildə etirafı kimi dəyərləndirilmişdi.

Səfir bildirmişdi ki, erməni xalqı hansı həll variantına hazır olduğunu dəqiq müəyyən etməlidir: "Mən bura birinci dəfə gələndə təəccübləndim ki, ermənilərin çoxu işğal olunan  toprlaqların qaytarımasını danışıqlar prosesinin bir hissəsi kimi qəbul edilməsinin əleyhindəir. Məni o fakt təəccübləndirir ki, Ermənistanda qəbul edilən qərarlar və ya mümkün kompromislərlə bağlı müzakirələr yoxdur". 

Xəzər