Milli Məclisin deputatı, "Qarabağın Azərbaycanı İcması” İdarə Heyətinin üzvü Rövşən Rzayev Vyanada keçirilən Qarabağ danışıqları ilə bağlı Modern.az saytına müsahibə verib.
- Rövşən müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin dünənki görüşlərindən sonra ATƏT-in Minsk qrupu bəyanat yaydı. Necə hesab edirsiniz, beynəlxalq təşkilatlar, dünyanın supergücləri Qarabağ məsələsinə ədalətli mövqeyi sərgiləyəcəkmi?
- Mənə elə gəlir ki, hər bir halda bu, çox müsbət bir görüş oldu. Bütün dünya ictimaiyyəti, aparıcı ölkələr, o cümlədən Minsk Qrupunün üzvləri və həmsədr dövlətlər gördülər ki, Azərbaycan öz torpaqlarını azad edəcək və bunun sülh yolundan başqa alternativi yoxdur. Eyni zamanda sülh yolu ilə bu məsələnin həllini tapmaq üçün daha uğurlu, ədalətli addımlar atmaq lazımdır.
Azərbaycan Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesindən bunu gözləyir. Aprel hadisələri göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün bütün imkanlardan istifadə etməyə hazırdır və bunu etməyə də qadirdir. Ermənistan atəşkəsi ciddi şəkildə pozdu və Azərbaycan məcburən ona cavab verdi.
Bütün dünya açıq-aşkar gösdü ki, Ermənistan hərbi cəhətdən Azərbaycana rəqib deyil. Ümumiyyətlə, Ermənistan heç bir sahədə Azərbaycancana rəqib deyil. İşğal faktorunda hərbi yolla həll etmək üçün Azərbaycanın kifayət qədər imkanı var. Azərbaycanın inkişafı bunu hərbi sahədə də bir daha göstərdi. Başqa məsələ ki, Azərbaycan hərbi gücünü göstərməklə Ermənistanın təxribatçı, işğalçı siyasətinin davamı olaraq cavab verib.
Amma aprel hadisələrindən sonra situasiya bir qədər dəyişib və yüksək səviyyədə danışıqlar möhtərəm prezident və Xarici İşlər Naziriliyi tərəfindən aparılır. Təbii ki, biz bu məsələdə az məlumatlıyıq. Ancaq müşahidə göstərir ki, Minsk Qrupu çərçivəsində hansısa addım atılacaq. Çünki "status kvo”nun dəyşməsi ilə bağlı bəyanatlar uzun müddətdir ki var. Bu yandan da hərbi yolun qabağını qətiyyətlə almaq fikrindədirlər və bu da çox düzgündür ki, hərbi yol heç kimə yaxşı heç nə verməyəcək.
Azərbaycan hər zaman bəyan edib ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bu il ATƏT-də Almaniyanın sədrliyi dövrüdür. İnanmaq istəyirəm ki, Almaniya iz qoymadan ATƏT-in sədrliyini verməyəcək. İnanıram ki, bu il ərzində müəyyən qədər uğurlu addımlar atılacaq. Azərbaycanın öz ərazi bütövlüyünü sülh yolu ilə təmin olunmasında öz sözünü deyəcək. Əgər münaqişəni bu cür saxlasalar, təxribatçı Ermənistan hərbi cəhətdən öz imkanların artıracaq. Çünki erməni tərəf gördü ki, Azərbaycan həddindən artıq gücə sahibdir. Bunlar şərait yaradacaqlar ki, Ermənistan silahlı qüvvələri yenilənsin, güclənsin. Təbii ki, onlar nə qədər hazırlaşsa da, üstünlük Azərbaycanda olacaq. Ona görədə bu münaqişənin həlli yolu sülhdür. Böyük dövlətlər beynəlxalq hüquqa söykənərək, ədalətli mövqe sərgiləyərək, bu münaqişəni həll etməlidir..
- Minsk Qrupu həmsədrlərinin bəyanatında deyilir ki, tərəflər sülh yolu məsələni həll etməlidirlər. Ancaq hansı qaydada, ortada hansı sənəd var, Azərbaycan torpaqları azad edilirmi?.
- Bütün dünya bilir ki, Azərbaycan ərazisi işğal altındadır. Bilinir ki, totalitar sovet rejimi dağılandan sonra Azərbaycan ərazisi işğal olunub. Bütün dünya bilir ki, Azərbaycan torpaqları Rusiyaya aid olan silah-sursat və rus hərbçilərinin dəstəyi ilə işğal olunub. Beynəlxalq aləm düzgün qiymət verməlidir. Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir. Ermənistan Azərbaycan ərazilərindən silahlı qüvvələrini geri çəkməlidir. Bunları etməsələr, məsələ açıq qala bilməyəcək, atəşkəs yenidən güclü şəkildə pozulacaq və s. Mənə elə gəlir ki, dəyərləndirə bilirlər və məsələ sülh yolu ilə həll olunacaq.
- Ermənistan prezidenti bu görüşlərdə çox məmnun görünürdü. Bunun səbəbini sizcə, nəylə izah etmək olar?
- Əvvəla, Ermənistan prezidenti səhra komandiri olub. O da aprel ayında olan məsələlərdən sonra müşahidə etdi ki, Ermənistan ordusu Azərbaycana rəqib deyil. Azərbaycan ordusu dəfələrlə Ermənistan ordusundan güclüdür. Baxmayaraq ki, Ermənistan ordusu Azərbaycan ərazilərini işğal edib və işğalçı siyasətini davam etdirir. Artıq bütün dünya gördü ki, Ermənistan məğlub tərəfdir. Baxmayaraq ki, bu gün yenə də işğalçı siyasətini saxlaya bilir. İkinci tərəfdən, Ermənistan prezidenti nə deyə bilər ki, birmənalı heç nə...