Şəfəqə Doğru » Gündəm » “HEYƏTDƏ 5 AZƏRBAYCAN VƏTƏNDAŞI VAR” – QƏZA HAQDA RƏSMİ MƏLUMAT

“HEYƏTDƏ 5 AZƏRBAYCAN VƏTƏNDAŞI VAR” – QƏZA HAQDA RƏSMİ MƏLUMAT

“HEYƏTDƏ 5 AZƏRBAYCAN VƏTƏNDAŞI VAR” – QƏZA HAQDA RƏSMİ MƏLUMAT

Xəbər verdiyimiz kimi, Azərbaycanın "Silk Way” aviaşirkətinə məxsus təyyarənin Kabildə qəzaya uğraması ilə bağlı məlumat yayılıb.

Yayılan informasiyalara Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası münasibət bildirib.

Administrasiyadan daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:

"Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə "Silk Way” şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumat Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədədir.

İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.

Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq”.