7 vəkil cəzalandırıldı - İkisinin fəaliyyəti dayandırıldı
- Tarix: 14-dek-2018, 10:45 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 503

  Dekabrın 13-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

 Shafaqadogru.com-un quruma istinadən verdiyi xəbərə görə, iclasda Vəkillər Kollegiyasının "Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması barədə qərar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış 40 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, üzrlü səbəb olmadan üzvlük haqqının 6 aydan artıq müddətə ödənilməməsi səbəbilə 2 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub. Həmçinin 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib, 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 6 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.


Oxşar xəbərlər