İnstitutun şöbə müdirləri, ələlxüsus pambıqçılıq üzrə mütəxəssis olan alimlər, bu sahə ilə bağlı anlayışı olmayanların təyinatına qarşı çıxırlar. Sonda kollektiv üzvləri ölkə rəhbəri cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, kənd təsərrüfatı naziri cənab İnam Kərimova və Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova müraciət ünvanlayırlar. Müraciətin məzmununu çoxsaylı oxuculara təqdim edirik:
İnam Kərimov alimlərin sözünü dinləyəcəkmi? - Gəncədən MÜRACİƏT
21-12-2018, 11:32 1 01117.12.2018-ci il tarixdə Gəncə şəhərindəki Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun kollektivi, direktor vəzifəsinə verilmiş təyinata etiraz əlaməti olaraq iclas keçirirlər. İclasda institutun elmi işçiləri yeni direktorun qeyri-peşəkarlığına qarşı narazılıqlarını ifadə edib, Kənd Təsərrüfatı nazirliyindən elmi-tədqiqat sahəsindən anlayışı olmayan şəxslərin göndərilmələrinə kəskin etiraz etdiklərini bildirirlər.