Şəfəqə Doğru » Gündəm » Livan çalxalanır: Qiymət artımına ETİRAZ

Livan çalxalanır: Qiymət artımına ETİRAZ

Livan çalxalanır: Qiymət artımına ETİRAZ

Livanın paytaxtı Beyrut şəhərində bahalıq və sosial şəraitin pisləşməsinə qarşı keçirilən kütləvi etiraz nümayişi polislə toqquşmaya gətirib çıxarıb.

Shafaqadogru.com  TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Al-Watania" agentliyi məlumat yayıb.

Polis dəstələri və ordu gözətçiləri mağaza vitrinlərinin dağıdıldığı və valyutadəyişmə məntəqələrinə hücum edildiyi Hamra ticarət küçəsində gənclərdən ibarət kütlənin qarşısını almaq üçün güc tətbiq edib.

Toqquşmalar Tabaris rayonunda və Bişara əl-Huri prospektində də baş verib.