Şəfəqə Doğru » Gündəm » Bədxərc Zamirənin 1 milyonluq üzüyü müsadirə olundu - FOTO

Bədxərc Zamirənin 1 milyonluq üzüyü müsadirə olundu - FOTO

Bədxərc Zamirənin 1 milyonluq üzüyü müsadirə olundu - FOTO
Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və onun həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı araşdırma aparan Britaniyanın hüquq-mühafizə orqanları 1 milyon funt sterlinq dəyərində olan brilyant üzüyü müsadirə edib.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın "Teleqraf” qəzeti məlumat yayıb.

Bədxərc Zamirənin 1 milyonluq üzüyü müsadirə olundu

Qəzetin məlumatına görə, müsadirə olunan 8.9 karatlıq üzük 8 il əvvəl Zamirə Hacıyeva tərəfindən Londonun məşhur "Harrods” mağazasından alınıb.

Üzük zərgərlik dükanında bərpa edilən zaman Britaniya Milli Kriminal Agentliyinin əməkdaşları tərəfindən götürülüb.