Şəfəqə Doğru » Gündəm » Rüşvətsiz Qazax

Rüşvətsiz Qazax

Rüşvətsiz Qazax


   Bəli.Ölkəmizdə məmur özbaşınalıqlarının,rüşvətxorluğun çox olduğu danılmaz faktdır.Xüsusən də,bir çox rayonlarda İcra Hakimiyyəti başçılarının belə hallara yol verməsi mətbuat orqanları vasitəsilə işıqlandırılır.

     Lakin bəzi mətbuat orqanları bəzən qərəzli  məqsədlərlə göndərilən xəbərləri  də, araşdırmadan, bilmədən necə gəldi yazırlar.

    Buna misal olaraq, bu günlərdə MediaXeberleri.Az saytında Qazax rayonunun İHB-sı R.Babaşovun və M.Alıyevin rayonda rüşvətə rəvac  vermələri barədə yazdığı qərəzli fikirləri oxudum.Orada yazılanların heç biri həqiqəti əks etdirmir.Çünki mən dəfələrlə Qazaxda tanıdığım,bildiyim  hər təbəqədən insanlarla görüşüb,söhbətlər etmişəm,araşdırmalar aparmışam.Çoxdan və yaxından tanıdığım idarə və təşkilat rəhbərləri ilə görüşmüşəm.Hələ bir adamdan R.Babaşovun  rüşvət alması barədə bir kəlmə belə eşitməmişəm.Bir çox rayon tədbirlərində, bəzi KİV nümayəndələri ilə birlikdə iştirak etmişəm.İHB-sı bütün çıxışlarında  idarə və təşkilat rəhbərlərinə dövlət tərəfindən ayrılan vəsaitlərin yalnız istiqaməti üzrə xərclənməsini tapşırır və özü də,ciddi nəzarət edir.

    Vəzifəyə təyin olunduğu bu iki il müddətində Qazaxda görülən işləri görməmək ən azından insafsızlıq olardı.On beşdən çox uşaq və körpələr evi yüksək keyfiyyətlə,modern səviyyədə əsaslı təmir olunub yaxud da,yenidən tikilib istifadəyə verilmişdir.Bir neçə orta məktəb binası əsaslı təmir olunub.Bu yaxın günlərdə illərdir ki,təməl işi dayandırılmış mərkəzi xəstəxana artıq istifadəyə verilmək üzərədir ki,bu da,Qazax camaatının ən böyük arzularından birinin gerçəkləşməsidir.

   Qısas,oxucunu yormadan qeyd etmək istəyirəm ki,Qazax rayonunun R.Babaşov kimi İHB-na bir neçə il bundan qabaq böyük ehtiyacı olduğunu bütün  Qazax ictimaiyyəti  deyir.

    Bu gun R.Babaşovun sayəsində Qazaxa "Rüşvətsiz Qazax” demək olar.

                                                                                                  Vəkil Rüstəm