Şəfəqə Doğru » Gündəm » Canlı yayında iqtidar-müxalifət qarşıdurması - Fəzail Ağamalı ilə Sərdar Cəlaloğlu qarşı-qarşıya

Canlı yayında iqtidar-müxalifət qarşıdurması - Fəzail Ağamalı ilə Sərdar Cəlaloğlu qarşı-qarşıya

Canlı yayında iqtidar-müxalifət qarşıdurması - Fəzail Ağamalı ilə Sərdar Cəlaloğlu qarşı-qarşıya

Musavat.com saytının Facebook səhifəsindəki canlı yayınında bu dəfə millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə ADP sədri Sərdar Cəlaloğlu qarşı-qarşıya gələcək. Debatda Azərbaycan Xalq Hərəkatı ətrafında yaranan fikir ayrılıqları, son günlər müxalifətin fəallaşması kimi mövzular və müxalifət cəbhəsindən iqtidara yönəlmiş ittihamlar müzakirə olunacaq.

Bu gün saat 12.00-də başlanacaq verilişə siz də öz mövqe və suallarınızla qatılın, mövzunun detalları ilə tanış olun.

Bir saat boyunca davam edəcək canlı yayın zamanı saytımızın və Facebook səhifəmizin izləyiciləri də müzakirələrdə aktiv iştirak edə bilərlər.