Şəfəqə Doğru » Gündəm » Aralıq dənizində baş verən zəlzələ Türkiyəni də "silkələdi"

Aralıq dənizində baş verən zəlzələ Türkiyəni də "silkələdi"

Aralıq dənizində baş verən zəlzələ Türkiyəni də "silkələdi"

Aralıq dənizində baş vermiş güclü zəlzələ Türkiyənin bir sıra vilayətlərində hiss olunub.

Trend-in məlumatına görə, yerli vaxtla səhər 06:46-da baş verən təkanlar 4,7 bal gücündə olub.

Hər hansı dağıntı və ya insan tələfatı barədə hələ məlumat verilməyib.

Qeyd edək ki, sonuncu dəfə fevralın 8-də Türkiyənin şimal-şərqində Ərzurumda 3,2 bal gücündə zəlzələ olub. Fevralın 5-də isə Malatyada 4,2 bal gücündə zəlzələ qeydə alınb.