Şəfəqə Doğru » Gündəm » Ohanyan Sarkisyana qarşı ifadələrini inkar edib

Ohanyan Sarkisyana qarşı ifadələrini inkar edib

Ohanyan Sarkisyana qarşı ifadələrini inkar edib
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan sabiq prezident Serj Sarkisyana qarşı ifadə versə də, daha sonra dediklərindən imtina edib. Bu barədə "Qraparak” qəzeti şəxsi mənbələrinə istinadən yazıb. 

Məlumata görə, söhbət bir neçə il öncə Meğri şəhərində baş tutan rels satışından gedir.  Faktla bağlı Syunik rayonunda cinayət işi açılıb.

Qəzet qeyd edir ki, Ohanyan satışın məhz Sarkisyanın əmri ilə həyata keçirildiyini bildirib. Lakin O, eks-prezidentlə üzləşdirildikdə özünü narahat hiss edərək dediyi sözləri təsdiqləməyib.

Sarkisyan isə öz növbəsində satışa təlimat vermədiyini, bu barədə məlumatı olmadığını vurğulayaraq göstərilən pula ordu üçün silah aldığını deyib.(Qafqazinfo)