Şəfəqə Doğru » Gündəm » Təyyarə qəzasında 35 ölkənin 157 vətəndaşı öldü

Təyyarə qəzasında 35 ölkənin 157 vətəndaşı öldü

Təyyarə qəzasında 35 ölkənin 157 vətəndaşı öldü

Efiopiyada qəzaya uğramış "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsində 35 ölkənin vətəndaşları həlak olub.

Shafaqadogru.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Ethiopian Airlines" aviaşirkətindən bildirilib.

Məlumata görə, təyyarədə 149 sərnişin və 8 heyət üzvü olub: "Faciənin qurbanı 35 dövlətin vətəndaşı olub. Onlardan 32-i Keniyanın, 18-i Kanadanın, 9-u Efiopiyanın, 8-i İtaliyanın, 8-i Çinin, 8-i ABŞ-ın, 7-i Böyük Britaniyanın, 7-i Fransanın, 6-ı Misirin, 5-i Almaniyanın, 4-ü Hindistanın, 4-ü Slovakiyanın, 3-ü Avstriyanın, 3-ü İsveçin, 3-ü Rusiyanın, habelə Mərakeşin, İspaniyanın, Polşanın, İsrailin vətəndaşları olublar.

Bundan başqa, həlak olanlar arasında Belçika, Cibuti, İndoneziya, İrlandiya, Mozambik, Norveç, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, Somali, Serbiya, Toqo, Uqanda, Yəmən, Nepal, Nigeriya vətəndaşları, BMT pasportu daşıyan bir sərnişin də olub”.

 

Qeyd edək ki, qəzaya uğrayan təyyarədə Slovakiya parlamentinin deputatı Anton Qrnkonun həyat yoldaşı, oğlu və qızı da həlak olub.

Bu barədə deputatın özü "Facebook” səhifəsində məlumat paylaşıb.