Sumqayıtda poladəritmə sexində partlayış olub.
Shafaqadogru.com report-a istinadən məlumatına görə, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən polad əritmə sexində qeydə alınıb.
Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
***
Mia.az xəbər verir ki, Sumqayıt şəhər icra hakimiyyətinin rəsmisi Eyvaz Qocayev isə bildirib ki, Sumqayıt şəhərində heç bir partlayış hadisəsi baş verməyib.
"Hadisə 4-5 gün əvvəl Metaləritmə sexində iş prosesi zamanı ehtiyatsızlıqdan yanıq xəsarəti alanlar olub. 5 nəfər xəsarət almışfı, onlardan 4-ü evə buraxılıb. 1 nəfərin vəziyyəti ağır olduğundan Bakıya xəstəxanaya göndərilib" - deyə İH yetkilisi əlavə edib.