Bu günlərdə redaksiyamıza Qazax rayon sakini Rzayev Vaqif tərəfindən müraciət daxil olub .Müraciətdə 1993-cü ildə işlədiyi təşkilatda pul çatışmamazlığı olduğuna görə ,maşş əvəzi "istiqraz vərəqələri " verilib ki,istədiyiniz zaman banka (o vaxtlarda fəaliyyət göstərən)yaxınlaşıb həmin istiqrazları təhvil verib əvəzində pulunuzu ala bilərsiniz.Lakin, o zamandan bəri dəfələrlə banklara müraciət etsək də müsbət cavab ala bilmədik.Foto şəkillərdə görünən istiqrazlar hələ də,seyflərində və ya,döşəklərinin altında saxlanılaraq,öz aqibətlərini gözləyir.
Vətəndaşların müraciətini qəzetimizdə dərc edirik.
Bəlkə aidiyatı qurumlar bu barədə də ,açıqlama verərlər.
Allahdan ümid kəsilməz.
Neymət Novruzlu.