Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin İraqdakı hərbi varlığının qəbul edilə bilməz olduğunu söyləyib.
xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Türkiyəyə İraqdan əsgərlərini geri çəkmə çağırışını edib.
Lavrov açıqlamasında "Bu (Türklərin İraqdakı hərbi varlığı) qətiyyətlə qəbul edilə bilməzdir. Türklərin etdiyi bu hərəkət Qərb tərəfdaşlarımız tərəfindən diqqəti cəlb edir” deyib.
Lavrov, Türkiyə ilə əlaqələrin düzəlməsi mövzusunda danışaraq əvvəlcə rəsmi Ankaranın üzr istəməsinin vacib olduğunu vurğulayıb.
"Komsomolskaya Pravda” telekanalına canlı yayında danışan Lavrov fikrini belə davam etdirib: "Türkiyəyə zeytun budağı uzadacağımız haradan çıxdı? Biz Türkiyənin üzr istəməsini söyləyirik. Vurulan təyyarəyə görə verdiyimiz itkilər də kompensasiya edilməlidir”.
Rusiya prezidenti Vladimir Putinin Afinada etdiyi açıqlamalarına toxunan Lavrov Ankaranın təkliflərini dəyərləndirməyə hazır olduqlarını qeyd edib: "Amma bundan əvvəl Türkiyə lazım olan hər şeyi etməlidir”.