Şəfəqə Doğru » Gündəm » Gəncədə mənzildə partlayış: 2 yaralı

Gəncədə mənzildə partlayış: 2 yaralı

Gəncədə mənzildə partlayış: 2 yaralı


Gəncədə yaşayış evində partlayış olub

 


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, bina 93B mənzil 5-də qeydə alınıb.
 
Ev sahibi, 1960-cı il təvəllüdlü Tahir Nərimanov mənzilin vanna otağının işığını yandıran zaman partlayış baş verib. Hadisə zamanı T. Nərimanovun sifət və əlləri, həyat yoldaşı 1964-cü il təvəllüdlü Asilə Nərimanovanın isə ayaq nahiyəsindən yanıq xəsarətləri alıb.
 
Qadına ambulator yardım göstərilsə də, T. Nərimanov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.
 
Faktla bağlı araşdırma aparılır.