Şəfəqə Doğru » Gündəm » MAŞINLAR DAHA DA UCUZLAŞACAQ – VİDEO

MAŞINLAR DAHA DA UCUZLAŞACAQ – VİDEO

MAŞINLAR DAHA DA UCUZLAŞACAQ – VİDEO

Devalvasiyadan sonra kəskin bahalaşan yeni avtomobillərin qiymətində ucuzlaşma gözlənilir. Belə ki, uzun müddətdir avtomobil satışında durğunluğun hökm sürməsi avtomobil şirkətlərini qiymətlər haqqında düşünməyə vadar edib.

Shafaqadogru.com xezerxeber-ə istinadən xəbər verir ki, bir sıra avtomobil mərkəzləri qiymətlərdə yaya doğru yeni endirim kampaniyalarına başlamağa hazırlaşır.

Bundan əlavə, şirkətlər müxtəlif hədiyyə və güzəşt kompaniyalar ilə avtomobil bazarlarında canlanma yaratmağa çalışırlar.

Bir sıra şirkətlər isə servis endirimləri ilə diqqət çəkmək niyyətindədir. Çünki avtomobil alanlar onun sonrakı xərcləri ilə də ətraflı maraqlanırlar.

Ekspertlər avtomobil bazarındakı qiymət durğunluğunun hələ bu ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.