Tolik indi də icra başçısı ilə SOCAR-ın işçilərini hədəfə aldı - VİDEO
- Tarix: 26-avq-2019, 16:59 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 370
Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) bu dəfə Binəqədi rayon İcra Hakimiyyətindən şikayətlənib. 

"Yeni Sabah” xəbər verir ki, icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi prodüsseri hiddətləndirib.

O, görüntüləri sosial şəbəkədə paylaşaraq, polislərin ünvanına sərt sözlər ünvanlayıb:

"Bu "Qaqaş" kimdi belə vətəndaşa deyir ki, "telefonu çək kənara” və hədə-qorxu gəlir?!  Bu "Qaqaş" hansı məmur dayısına güvənir hə? Binəqədi rayon İcra Hakimiyyəti bir kasıbın tikdiyi nərdivanı sökməyə bu qədər adam göndərib?  Bəlkə, Binəqədidə hektarla yer zəbt etmiş harınlamışların evlərinin kənarına baxsın!  Cənab Daxili İşlər naziri dünən açıqlamasında deyib: "Vətəndaşlarla yaxşı davranın!!!” 

Sən kimə güvənib belə danışırsan?!  İndi çıx ortalığa cavab ver! Bunlar "SOCAR”ın işçiləridir. Bunlar nə haqla vətəndaşa "sök” deyir?! İndi bu qoçuların adamı gəlsin mənə desin ki, "sil bu videonu”.  Belələri işdən çıxmalıdır!”

 


Oxşar xəbərlər