"Jurnalist Zülfüqar Xeyirxəbərin fiziki təzyiqə məruz qalması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi məlumatlıdır".
Shafaqadogru.com xəbər verir ki, bunu BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, faktın araşdırılması ilə müvafiq göstərişlər verilib: "Nəticəsi barədə əlavə məlumat veriləcək".