Şəfəqə Doğru » Gündəm »  Paşazadələrin həbsdəki şəriki səfirliklərə məktub yolladı

 Paşazadələrin həbsdəki şəriki səfirliklərə məktub yolladı

 Paşazadələrin həbsdəki şəriki səfirliklərə məktub yolladı
"Yeni Müsavat”ın 23 may sayında dərc olunan "Allahşükür Paşazadənin adı cinayət işində!!!” sərlövhəli yazıda M.Həşimovun Paşazadələrlə şərikliyindən, ona şərik olaraq verilmiş 700 min manatın müqabilində 800 min manatı qaytarmasından və həbsin sifarişli olmasından bəhs olunurdu. M.Həşimov "həbsimin səbəbkarı və sifarişçisi Milli Məclisin deputatı Cavanşir Paşazadədir” iddiasını da irəli sürmuşdü.

M.Həşimovun yaxınları Azərbaycandakı səfirliklərə, insan haqlarını müdafiə edən təşkilatlara və xeyriyyə cəmiyyətlərinə müraciət edərək düşdüyü durumda ona və ailəsinə dəstək verilməsini istəyib. Surəti redaksiyamıza təqdim olunan müraciətdə deyilir:

"Hörmətli səfir, hörmətli insan hüquq-müdafiəçiləri, hörmətli xeyriyyə təşkilatları və xeyriyyəçi şəxslər!

Sizə Baki İstintaq Təcridxanasında, 10 aydan çoxdur insan hüquqları pozulmuş, sifarişlə həbsə atılmış Mügdət Əhmədiyyə oğlunun yaxınları müraciət edirlər. 
Onun həbsə atılmasının sifarişçisi və səbəbkarı Milli Məclisin deputatı Cavanşir Paşazadədir. Bu şəxs Seyxülislam Allahşükur Paşazadənin qardasıdır. Sizə üz tutmağımız səbəbsiz deyil. Əlaqədar instansiyalara şikayət ərizələri göndərdiyimizə baxmayaraq, millət vəkili Cavansır Paşazadə və onun qardaşı Allahşükur Paşazadənin sifarişi olduğuna görə bürokratik cavablardan başqa heç nə görməmişik. Əslinə qalsa, bu gün zindanda aşağıda göstərdiyimiz faktlara görə Müğdət yox, Cavanşir Paşazadə olmalıdır.

1. Cavanşir Paşazadə qardaşımız Müğdət Həşimovun rəhbəri olduğu "Medisina MMC” ilə 9 sayli notariat kontorunda bağladığı 5 illik icarə müqaviləsinin 10 aydan sonra birtərəfli qaydada qanunsuz olaraq pozub. Buna görə cavab verməlidir

2. İki il yarımdı ki, Cavanşir Paşazadənin qardaşı hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları vasitəsilə təqib edir.

3. Qardaşımızı hüquqlarını pozub və müflis vəziyyətinə salıb.

4. Cavanşir Paşazadə qardası Allahşükür Paşazadənin ailə üzvləri və onun özü ilə bağladığı müqavilələri mülki müstəvidə araşdırılması əvəzinə qanunsuz şəkildə cinayət müstəvisinə sürükləyib. 

5. Cavanşir Paşazadə bu işdə məmurları alətə çevirdiyinə görə cavab verməlidir. 
Qardaşımız Müğdət Həşimov ahıl yaşında ağır xəstəliklə haqsızlığın, sifarişin, özbaşınalığın qurbanıdır. Himayəmizdə Müğdətin ağır xəstəlikdən əziyyət çəkən oğlu var. Paşazadələr qardaşımızı iki il yarimdir nə işləməyə, nə yaşamağa qoymur. Ona görə də xəstə uşağının da müalicəsini imkansızlıqdan dayandırmaq məcburiyyətində qalmışıq.

Bizim müalicəni aparmağa gücümüz çatmır. İnsan haqlarının bərpa olmasında, özbaşınalığın ifşa olmasında, ağır xəstəlikdən əziyyət çəkən, atasız qoyulan bir övladın müalicə olunmasında sizin dəstəyinizə böyük ehtiyacımız var".