Şəfəqə Doğru » Gündəm » Tovuzda SİLAHLI İNSİDENT: sabiq məhkəmə sədri güllələnib - Atəş açan ƏLƏ KEÇDİ

Tovuzda SİLAHLI İNSİDENT: sabiq məhkəmə sədri güllələnib - Atəş açan ƏLƏ KEÇDİ

Tovuzda SİLAHLI İNSİDENT: sabiq məhkəmə sədri güllələnib - Atəş açan ƏLƏ KEÇDİ
Tovuzda keçmiş məhkəmə sədrini güllələyən şəxs tutulub.

APA-nın məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrrəm oğlu saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda "Göl Əli” ləqəbi ilə tanınır.



***

Tovuz rayonunda güllələnən Firudin Ələkbərli vəkil deyil.

Bu barədə "Report"a Azərbaycan Vəkillər Kollegiyasından bildirilib.

"Report"un əldə etdiyi məlumkata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

***


Tovuzda güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.


Tovuzda SİLAHLI İNSİDENT: sabiq məhkəmə sədri güllələnib
Xəbər verdiyimiz kimi, Tovuz rayonunda vəkil güllələnib. Firudin Ələkbərli naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Unikal.org sözügedən şəxsin kimliyi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, F.Ələkbərlinin adı bir çox qalmaqallı hadisələrdə hallanır. O, məhkəmlərdə vəkil kimi deyil, nümayəndə kimi çıxış edir.

Məlumatlarda bildirilir ki, Firudin Ələkbərli Tovuz rayon Xalq məhkəməsinin (indiki Tovuz rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, "Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir.

Keçmiş məhkəmə sədrinin hakimliyinə xitam veriləndən sonra, o, qatı müxalifətçi olub. F.Ələkbərov qatı müxalifətçi kimi çıxış edir.