Şəfəqə Doğru » Gündəm » Mehriban Əliyevadan neftçilərə mesaj: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik"

Mehriban Əliyevadan neftçilərə mesaj: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik"

Mehriban Əliyevadan neftçilərə mesaj: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.

Shafaqadogru.com  xəbər verir ki, o, "Instagram" səhifəsində belə yazıb: "İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.