Cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti neytral ərazidən götürülüb
- Tarix: 24-sen-2019, 12:26 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 296
Cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti neytral ərazidən götürülüb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, dünən BQXK tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşinin təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Oxşar xəbərlər