Şəfəqə Doğru » Gündəm » BAKIDA ŞAGİRD ŞAGİRDİ BIÇAQLADI

BAKIDA ŞAGİRD ŞAGİRDİ BIÇAQLADI

BAKIDA ŞAGİRD ŞAGİRDİ BIÇAQLADI

Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi olub.

Shafaqadogru.com APA-ya istinadən məlumatına görə, hadisə bir neçə gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi, 15 yaşlı Rüstəm Camalov 14 yaşlı Bayraməli İmanovu bıçaqlayıb. Qarın nahiyəsindən ağır bıçaq xəsarəti alan şagird xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.