Şəfəqə Doğru » Gündəm » Sabah “Jurnalistlər binası”nda “kupça” veriləcək - RƏSMİ

Sabah “Jurnalistlər binası”nda “kupça” veriləcək - RƏSMİ

Sabah “Jurnalistlər binası”nda  “kupça” veriləcək - RƏSMİ

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.
 

Komitədən Modern.az-a verilən məlumata görə, tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.


Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə: Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov - 050-235-30-33.