Şəfəqə Doğru » Gündəm » Gürcüstan azərbaycanlıları Tiflisdə etiraz aksiyası keçirirlər - SƏBƏB

Gürcüstan azərbaycanlıları Tiflisdə etiraz aksiyası keçirirlər - SƏBƏB

Gürcüstan azərbaycanlıları Tiflisdə etiraz aksiyası keçirirlər - SƏBƏB
Gürcüstanda yaşayan azərbaycanlılar paytaxt Tbilisidə ölkə parlamentinin yaxınlığında etiraz aksiyası keçirirlər.

"Report”un yerli bürosu xəbər verir ki, aksiyada Qardabani rayonunun Qaracalar kəndinin bir qrup sakini iştirak edir.

Aksiyanın əsas tələbi iki il öncə kənddə saxlanılan üç gəncin məhkəmə işinə yenidən baxılması və onların cəzalarının yüngülləşdirilməsidir.

Qaracalar sakinləri məhkəmənin Dinar Mehdiyev, Rahib Kərimov və Nicat Babayevə qarşı çıxarılan 12 illik həbs cızasının ədalətsiz olduğunu bildiriblər. Onlar həmin gənclərin heç bir günahının olmadığını deyiblər.

Aksiyaçıların sözlərinə görə, oktyabrın 22-də Apellyasiya Məhkəməsində işə baxılacaq.

Qaracalar sakinləri məhkəmənin ədalətli olacağına ümid etmədiklərini söyləyiblər.

Qeyd edək ki, ötən gün Qaracalar sakinləri eyni tələblə Tbilisidə Baş Prokurorluğun binası qarşısında aksiya keçiriblər.