Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG/PYD terror qruplaşmasına xəbərdarlıq edib.
Shafaqadogru.com xəbər verir ki, o, bu gün keçirilən "TRT World Forum” toplantıda terror qruplaşmasına ABŞ-la imzalanan 120 saatlıq atəşkəs müddəıtni xatıərladıb: "Artıq rerror qruplaşmasına verilən möhlətin başa çatımasına 35 saat qaldı. Bu müddətə onlar təhlükəsizlik bölgəsindən çıxmasa, yenidən əməliyyata başlayacağıq”.
Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında "Barış Pınarı" əməliyyatına başlayıb. Oktyabrın 17-də isə ABŞ-ın vitse-prezidenti Maykl Pens Ankaraya gələrək, Ərdoğanla atəşkəsə razılaşıb. Razılaşmaya əsasən, əməliyyata 120 saat ara verilir və YPG/PYD bu müddət ərzində Türkiyənin tələb etdiyi əraziləri boşaltmalıdır.