Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib.
Türkiyə mətbuatına istinadla xəbər verir ki, geniş nümayəndə heyəti ilə səfərə çıxan Ərdoğan ABŞ-da Prezident Donald Trampla gündəmdəki məsələləri müzakirə edəcəyini deyib.
Ərdoğan Trampla görüşdə F-35, S-400 raketləri ilə bağlı yaranan problemlər, YPG məsələsi, həmçinin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini qaldıracağını bildirib.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Ağ Ev Türkiyəni S-400-lərə görə sanksiya ilə hədələyib.