Şəfəqə Doğru » Gündəm » ASTROLOJİ PROQNOZ – 15 İYUN

ASTROLOJİ PROQNOZ – 15 İYUN

ASTROLOJİ PROQNOZ – 15 İYUN

Qoç - aktiv, enerjili olun. Aktual məsələnin həllində mənafelərinizi başqalarının istəklərinə qurban verməyin.

 

Buğa - Faydalı əlaqələr qurmağa meylli olun. Günü boş əyləncələrə sərf etməyin.

 

Əkizlər - Mümkün qədər sayıq olun. Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək.

 

Xərçəng - Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun.

 

Şir - sizi manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. İntuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görəcək.

 

Qız - mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Günün daha bir problemi odur ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz.

 

Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək.

 

Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq və planlarla bağlı yeni perspektivlər yaranacaq. Günün ikinci yarısında intuisiyanıza güvənin.

 

Oxatan - Günün ilk yarısında sayıq olun. Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli insan təsiri bağışlayın.

 

Oğlaq - Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik, sadəcə, ziyanınızadır.

 

Dolça - Yaxınlarınızla təmaslarda güzəştə meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla dəyərləndirin.

 

Balıq - Yaranmış situasiyanı obyektiv dəyərləndirin. İşlərinizi başqalarına həvalə etməyin