Şəfəqə Doğru » Gündəm » Gürcüstanda müxalifət polislə toqquşdu: 3 yaralı, 28 saxlanılan var

Gürcüstanda müxalifət polislə toqquşdu: 3 yaralı, 28 saxlanılan var

Gürcüstanda müxalifət polislə toqquşdu: 3 yaralı, 28 saxlanılan var

Gürcüstanda ötən gecə parlamentin girişində müxalifət tərəfdarları ilə polis arasında növbəti toqquşma qeydə alınıb.

Shafaqadogru.com  Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda gecə toqquşmalar zamanı 3 nəfərin xəsarət aldığını, 28 nəfərin isə saxlanıldığı bildirilib.

 

Müxalifət ötən gecədən parlamentin girişini bağlayaraq hakim "Gürcü Arzusu” partiyasının deputatlarının parlamentdə plenar iclasa toplaşmasına mane olmağa çalışıb. Müxalifət fraksiyaları həmin iclasa boykot elan etmişdi.