Şəfəqə Doğru » Gündəm » Adil Vəliyev sadə həyat yaşamır - hər gün sərvətlərinə sərvət qatır Bu gün, 11:02

Adil Vəliyev sadə həyat yaşamır - hər gün sərvətlərinə sərvət qatır Bu gün, 11:02

Adil Vəliyev sadə həyat yaşamır - hər gün sərvətlərinə sərvət qatır Bu gün, 11:02
Adil Ənvər oğlu Vəliyev - 7 ildir Sabunçu rayonunda icrabaşıdır, Nəsimi rayon icrabaşı Asif Əsgərovun qudasıdır.

Sabunçuda gedən geniş miqyaslı təmir-tikinti işlərinə ayrılan vəsaiti, yollara ayrılan pulları, sahibkarlardan yığdıqları, obyektlərə çökdükləri, "otkat"lardan topladıqları sayəsində özünə imperiya qurub. Mənə bəlli olan varidatını sizlərlə paylaşıram, siz də paylaşın, bəyənin ki, gedib çatsın, görək bu müəllim hansı yataqxanada qalır:

Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə siyahı yayılıb. Siyahıya görə:

▪️Sabunçuda 4 hektarlıq ərazidə mərmər sexi
▪️Sabunçu qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexi
▪️Bakıxanov qəsəbəsi, Mədəniyyət küç. "Şəhrizad" Uşaq Bağçası
▪️Sabunçu, Aydınbəyov küç. 19 ünvanda yerləşən 3 saylı uşaq bağçası
▪️Nərimanov rayonu, E. Qocayev küç. ev 17 ünvanında mənzil
▪️Xəzər rayonu, B. Əliyev küç. Dön. 4, ev 34 ünvanında mənzil
▪️"Euro Style" LTD şirkəti və FASHION MMC
▪️Bakıdakı "Euro Style" adlı bütün bərbər salonları
▪️Nizami rayonu, B. Çobanzadə küç "Sarı gəlin” şadlıq sarayı
▪️Bakıxanov, Mehmandarov küç. 12 ünvanında "AQAT” şadlıq sarayı
▪️"Bakıxanov Rezidens” yaşayış kompleksi
▪️Binalara üzlüklər çəkən "AQAT” şirkəti
▪️O "Volkswagen”, "Porche”, "Audi”, "Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlər
3-4 milyonluq avtomobil kolleksiyası:
▪️"Posche Mansory 958 Cayenne"
▪️"Ferrari F 12 Berlinetta"
▪️Land Rover Range Rover
▪️2 ədəd göy və Qırmızı rəng Porsche 911

Ona aid maşınların nömrələri: 10-AA-818, 10-YY-078, 10-FF-078, 10-AL-078, 10-AA-078, 99-CF-999 və 99-ON-999.

Bunlardan əlavə onun ailə biznesinə rayonda bir neçə göydələnlər, ticarət obyektləri, fərdi yaşayış sahələri və torpaq sahələri də daxildir.

Maraqlıdır ki, Adil vəliyevin gələn il 60 yaşı tamam olacaq. Onun qudası Asif Əsgərovla bağlı da bir sıra iddialar yayılıb. Bu qədər böyük sərvətləri olan icra başçısının bu pulları haradan topladığı hər kəsə məlumdur. Və Cənab Prezidentin tövsiyyə etdiyi məmurların təvazökar olmamasına Adil Vəliyev kimi başçılar heç əməl etmir deyə bilərik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.