Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər ölüb, 1702 nəfər xəsarət alıb.
Shafaqadogru.com xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib.
Rəisin sözlərinə görə, bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində ölənlərin sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.
Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər ölüb, 527 nəfər xəsarət alıb.
Ötən il Azərbaycanda yol qəzalarında 821 nəfər ölüb
21-01-2020, 16:40 486