Türkiyənin Manisa şəhərinin Yunusəmrə mahalında güclü zəlzələ baş verib.
Shafaqadogru.com Axar.az-a istinadən xəbər verir ki, 4.1 bal gücündə baş verən zəlzələ İzmir şəhərində də hiss olunub.
Zəlzələnin yerin təxminən 14.5 kilometr dərinliyində qeydə alındığı vurğulanıb. Hər hansı tələfat barədə məlumat verilməyib.